BolgeXeber.Com » İdman » Almaniya millisi Bakıya nə vaxt gəlir?

Almaniya millisi Bakıya nə vaxt gəlir?

13-02-2017, 12:07
Oxunub: 2 840 Almaniya millisi Bakıya nə vaxt gəlir?DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-ı millimizlə qarşılaşacaq Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib

Qol.az-ın Almaniya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə, görə, Yoahim Lövün komandası martın 24-ü yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 17:35-də) çarter reysli təyyarə ilə Düsseldorfdan Bakıya gələcəklər.

Komanda ertəsi gün onlar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Martın 26-ı saat 20:00-da başlanacaq qarşılaşma bitdikdən Almaniya millisi hava limanına gedəcək və gecə saat 02:20-də Frankfurta uçacaq.
Bolgexeber.com