BolgeXeber.Com » Siyasət » Sevinc Babayeva həbs olunmayıb

Sevinc Babayeva həbs olunmayıb

28-09-2012, 07:55
Oxunub: 4 315 Baş Prokurorluqdan qalmaqallı videgörüntülərlə bağlı daha bir açıqlama yaydı

Baş Prokurorluq Sevinc Babayevanın həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qeyd edib ki, bəzi KİV-də M.Ə. Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayevanın həbs olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumat doğru deyil və tərəfimizdən təkzib olunur”.
E. Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək, onları hadisələri qabaqlamamağa və səbirlilik nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, bəzi xəbər portallarında S. Babayevanın həbs edilməsi barədə məlumatlar yer alıb.