BolgeXeber.Com » Siyasət » Gülər Əhmədova insult keçirib?

Gülər Əhmədova insult keçirib?

28-09-2012, 09:30
Oxunub: 4 453 Millət vəkili Gülər Əhmədovanın rəsmi “Facebook” səhifəsində onun insult keçirdiyi barəsində xəbər yerləşdirilib.

Bolgexeber.com xəbər verir ki, millət vəkilinin “Facebook” səhifəsində bu cümlə yazılıb: “Sevinin, Gülər Əhmədovanı insult vurdu, sevinin”.

Qeyd edək ki, millət vəkilinin köməkçisi Əhməd Şahidov bu xəbərin səhər eşitdiyini, lakin nə təsdiq, nə təkzib edə bilməyəcəyini deyib.
O deyib ki, yaxın saatlar ərzində ailəsi ilə əlaqə saxlayıb dəqiqləşdirəcək.
G.Əhmədovanın öz mobil nömrəsi açıq olsa da, zənglərə cavab verən olmadı.
Onun təsisçi olduğu “Mərkəz” qəzetinin jurnalistləri isə bildiriblər ki, G.Əhmədova gecə saat 12-ə qədər işdə olub.