BolgeXeber.Com » Ölkə » Valideynlər məktəblərdə dərs proqramının ağırlığından narazıdırlar – VİDEO

Valideynlər məktəblərdə dərs proqramının ağırlığından narazıdırlar – VİDEO

15-02-2017, 10:44
Oxunub: 2 017 Valideynlər məktəblərdə dərs proqramının ağırlığından narazıdırlar – VİDEOBəzi valideynlər ibtidai siniflərdə dərs proqramının ağırlığından, şagirdlərin həddindən çox yüklənməsindən narahatdırlar

Bolgexeber.com Xəzər TV-yə istinadən məlumat verir ki, uşaqlar ya ev tapşırıqlarını çatdırmır, ya da tapşırığı qavramırlar. Dərs proqramını nəinki şagirdlər, hətta valideynlər də başa düşmədiklərini deyirlər.

Təhsil Nazirliyi isə proqramın dövrün tələbinə uyğun olaraq hazırlandığını qeyd edir. Nazirliyin məktəbəqədər və ümumitəhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd edir ki, istifadə olunan proqramın məqsədi əvvəlki proqramlardan fərqli olaraq şagirdlərin hafizəsindən daha çox, təfəkkürünü inkişaf etdirməkdir.

Şagird və valideynləri narahat edən digər bir məsələ də ev tapşırıqlarının çox olması ilə bağlıdır. Bu da şagirdin fiziki olaraq həddən artıq yüklənməsinə gətirib çıxarır.

Aydın Əhmədov ev tapşırıqları ilə bağlı məktəb və müəllimlərə həm yazılı, həm də şifahi tövsiyələr göndərdiklərini bildirdi. Belə ki, ibtidai sinif şagirdinə ev tapşırığı verilməsi, ümumiyyətlə, tövsiyə olunmur.