BolgeXeber.Com » Gündəm » Göyçaydan şikayət: Sakinlərin həyatı və sağlamlığı ciddi təhlükə altındadır-VİDEO

Göyçaydan şikayət: Sakinlərin həyatı və sağlamlığı ciddi təhlükə altındadır-VİDEO

15-02-2017, 15:56
Oxunub: 3 435 Göyçaydan şikayət: Sakinlərin həyatı və sağlamlığı ciddi təhlükə altındadır-VİDEOKənd sakinləri bildirirlər ki, bu əraziyə Göyçay şəhərinin zibilini boşaltmağa kəndin icra nümayəndələri razılıq veriblər

Bolgexeber.com-un elektron ünvanına Göyçay rayon Mirzəhüseyinli kənd sakini Rafiq Əliyev tərəfindən şikayət məktubu daxil olub.
"Kəndimizin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını Göyçay şəhərinin zibillik poliqonu ediblər. Zibilin suyu kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Təkcə son bir il ərzində 20 nəfər kənd sakini xərçəng xəstəliyindən dünyasını dəyişib. 50 nəfərə yaxın insan isə onkoloji xəstədir. Mal-qara tələf olur."- deyə şikayətçi bildirib.

Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə, həm də əkinə və mal-qaraya istifadə edir. Kənddə istifadəyə yararlı başqa su mənbəyi yoxdur. Hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır.
Kənd sakinləri bildirirlər ki, bu əraziyə Göyçay şəhərinin zibilini boşaltmağa kəndin icra nümayəndələri razılıq veriblər.
Münasibət öyrənmək üçün Göyçay rayon icra hakimiyyəti ilə əlaqə saxladıq.
Bolgexeber.com