Azərbaycanda uşaq “Kinder” yumurtasından zəhərləndi - Köhnə tarix “skoç”lanıbmış
15-02-2017, 16:11
Oxunub: 5 044
Azərbaycanda bir uşaq "Kinder Joy” şokoladlı yumurtadan zəhərlənib
BakiPost.az xəbər verir ki, bu barədə "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
O bildirib ki, bu haqda Binəqədi rayonunda yaşayan Xəyyam Babayev birliyə ünvanladığı şikayətdə qeyd edib.
X. Babayev şikayət ərizəsində yazıb: "11.02.2017 tarixində Xətai metrosu yaxınlığında yerləşən "Metro market” dükanından uşaq üçün "Kinder joy” şokoladlı yumurta aldım. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı "skoç”la örtüldüyünü görüb, açdım. Bu zaman altda 04.03.16 və 15.09.16 tarixi göründü. Yəni malın yararlılıq tarixi artıq 2016-cı ildə bitmişdi. Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib, yenə eyni maldan aldım. Həmin mallarda da vəziyyət eyni idi. Kassa çekinin üzərində VÖEN yoxdur. Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər. Necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik. Çünki uşaq "kinder”in birini yemişdi”.
Birlik sədri vurğulayıb ki, heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir: "Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür. Bu fakt bir daha sübut edir ki, prezidentin "Qida Təhlükəsizliyi Agentliyi"nin yaradılmasına dair fərmanı vaxtında verilmiş və zəruri bir sənəddir”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər