“Şəhriyar” şadlıq sarayının və “Qarabağ Broyler” MMC-nin sahibinə hökm oxundu
15-02-2017, 19:07
Oxunub: 8 008
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunub. O, Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" şadlıq evinin və “Qarabağ Broyler” MMC-nin sahibidir.
Yeri gəlmişkən qeyd edək ki, N.Əliyevin həbsindən bir müddət sonra onun 20 yaşlı gənc oğlu Asim Əliyev qəfildən dünyasını dəyişmişdi. Belə ki, qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşən gənc qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən yıxılıb. A.Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin dediyinə görə, A.Əliyev infarkt keçirib. Ötən il dekabr ayının 10-da A.Əliyevin toy məclisi olacaqmış.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər