BolgeXeber.Com » Siyasət » Gülər Əhmədovanın siyahıdan çıxartdırdığı şəxs kimdi?

Gülər Əhmədovanın siyahıdan çıxartdırdığı şəxs kimdi?

28-09-2012, 15:50
Oxunub: 4 172 Sentyabrın 25-də internetdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin YAP-çı deputat Gülər Əhmədova ilə sövdələşmə aparması barədə video yayılıb. Rektorun 2005-ci il parlament seçkilərində deputat seçilməsi üçün ödəməli olduğu rüşvətin məbləği barədə aparılan sövdələşmədə tərəflərin “Seva”, “Sevinc xanım” deyə çağırdığı bir qadın da iştirak edir. O, danışıq iştirakçıları arasında vasitəçi rolunu oynayır və qiymət barədə razılaşma aparır. Sevinc Telman qızı Babayeva adlanan bu xanım sövdələşmənin gizlinləri barədə detalları deyir.

Daha sonra isə G.Əhmədova ilə E.Abdullayev arasında maraqlı dialoq baş verir.
Bu dialoqda çox maraqlı və mühüm məqamlar var. Onlardan biri də 2005-vci ilin parlament sçkilərinin nəticələrinə görə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat olması nəzərdə tutulan şəxsin adının ölkə rəhbərliyi ilə razılaçdırırlmış siyahıdan çıxarılaraq ora E.Abdullayevin adının salınmasıdı.

Əvvəlcə həmin dialoqu təqdim edək. Dah sonra isə adı siyahıdan çıxarılan şəxsin kimliyini açıqlayacağıq.


G.Əhmədova:
- (Əlini stulda oturmuş E.Abdullayevin gözü qabağında yelləyərək) Sən nə danışırsan, ay qardaş? Mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam. Sən oynayırsan belə şeylərlə?
E.Abdullayev:
- Mən oynamıram. Amma siz mənə nə demisiniz odur.
G.Əhmədova:
- Xeyr. Mən sizə heç nə deməmişəm. Mən əvvəldən bu kişinin qızına (S.Babayevanı göstərir-red.) demişdim. O da gəldi mənə dedi ki, səninlə işləmir. Onun adamı var.
E.Abdullayev:
- Bir dəqiqə otur (G.Əhmədova hələ də ayaq üstədir).
G.Əhmədova:
- (Saatına baxır) Mənim seçicilərim var, gözləyir.
E.Abdullayev:
- 2 dəqiqə otur da, işimizi araşdıraq. Bunu seçicilərlə səhəri gün “raşyot” edərik.
G.Əhmədova:
- (Gülür) O qədər deputat olmaq istəyən var ki, amma seçici bir dənədir.
E.Abdullayev:
- Mənim o qədər işim var ki, deputatlığa ehtiyacım yoxdu. Prosto (sadəcə) camaat xahiş edib, aparıb vermişəm.
G.Əhmədova:
- Əzizim, mən sənə qardaş kimi deyirəm ki, istəyirsənsə…
E.Abdullayev:
- (Sözünü kəsir) Ay qaynana, vəziyyət belədir ki…
G.Əhmədova:
- Qayınananın sözü belədir. Sən qayınananı pis tanıyırsan. Qayınananın xasiyyətini də bilmirsən. Qayınananın yek kəlməsi var.
S.Babayeva:
- Ola bilər, bunu da qısnayıblar e (əli ilə G.Əhmədovanı göstərir-red.) Bilmədiyimiz çox şey var.
E.Abdullayev:
- Hə də, niyə 500 əlavə istəyirlər e?
S.Babayeva:
- Qısnayıblar da. Deyiblər ki, gecdir. Sənə çox şeyi deyə bilmir.
G.Əhmədova:
- (Barmaqlarını masaya vurur) Mənə bax, qardaş, sənə görə o boyda siyahını baş-göz eləmişik. Sən belə şeylərlə zarafat eləyirsən. Mən belə şeylərlə zarafat eləməyə öyrəşməmişəm.
E.Abdullayev:
- Mən zarafat eləmirəm. Sözümün yiyəsiyəm. Zarafatı siz eləyirsiniz.
G.Əhmədova:
- Bura bax, sənin adın siyahıdan pozulmuşdu.

Gunxeber.com-un məlumatına görə, G.Əhmədovanın adını siyahıdan çıxartdırdığı şəxs sözügedən dairə üzrə namizədlər arasında ən imkanlı adamlardan biri olub. Bu şəxs həmin dövrdə Binəqədi Neft Şirkətinin rəhbəri işləyən İsrafil Əliyevdi.

Əslən Naxçıvandan olan İ.Əliyevin qardaşı Məcnun Əliyev isə o dövrdə Binəqədi rayon Rəsulzadə bələdəiyyəsinin sədri olub. Sonradan M.Əliyev həbs edildi.
Hər iki qardaş öz imkanlarından istifadə edərək İ.Əliyevin deputat olmasına çalışıblar və seçkiyə az müddət qalmışa qədər xeyli pul xərcləyiblər.
Ancaq seçkiyə az qalmış onlara məlum olub ki, İ.Əliyevin adının üstündən xətt çəkilib.
Seçki kampaniyası başlayanda isə çoxları İ.Əliyevin deputat olacağını düşünürmüş.
Bu prosesləri dərindən bilən şəxs G.Əhmədovanın adını siyahıdan çıxardığı şəxs barədə danışarkən məhz İ.Əliyevi nəzərdə tutduğunu deyib.
Gunxeber.com