BolgeXeber.Com » BÖLGƏ TV » Nazirin velosipedi oğurlandı-VİDEO

Nazirin velosipedi oğurlandı-VİDEO

16-02-2017, 09:42
Oxunub: 4 306 Nazirin velosipedi oğurlandı-VİDEOAvropada nəqliyyat problemlərinin ən çox yaşandığı ölkələrdən olan Belçikada hökumətlər alternativ nəqliyyat vasitələrinin istifadə edilməsinə çalışır

Belçikanın Flaman bölgəsininin Nəqliyyat və Tikinti nazirinin velosipedi oğurlanıb. Hadisə nazirin yeni velosiped yollarının salınması ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı olub. Avropada nəqliyyat problemlərinin ən çox yaşandığı ölkələrdən olan Belçikada hökumətlər alternativ nəqliyyat vasitələrinin istifadə edilməsinə çalışır. Ötən il metroda baş verən terror hadisəsinə görə ölkədə velosiped sürənlərin sayı 30 faiz artıb. Hətta fedral hökumət işə velosipedlə gedib gələnlərə əlavə pul ödənilməsinə qərar verib. Falaman bölgəsində isə hökumət yeni velosiped tollarının salınmasına çalışır. Hökumətin planına görə 2019-cu ilədək bu işlərə 300 milyon dollar xərclənəcək. Flaman Nəqliyyat və Tikinti naziri Ben Weyts də bu planı açıqlamaq üçün keçirəcəyi mətbuat konfransına 2 kilometr uzaqlıqdakı evindən velosipedlə və velosipedçi geyimində gəlib. Velosipedini Brüsselin cənubunda yerləşən Halle dəmiryolu stansiyasındakı bir velo-parka kilidləyən nazir təxminən yarım saat çəkən görüşdən sonra velosipedi ilə şəkil çəkdirmək istəyəndə məyus olub. Nazirin velosipedi yerində olmayıb. O, əvvəlcə bunun bir zarafat olduğunu düşünüb. Lakin sonradan məlum olub ki, nazirin velosipedi oğurlanıb. Nazir "xeyli bahalıdır" dediyi velosipedi parka kilidlədiyindən əmindir. Buna baxmayaraq oğurlanmasına xeyli təəssüf edib. Oğurluq hadisəsini Twitter hesabından da təsdiq edən nazir polisə müraciət edərək şikayətçi olub. Polis stansiyanın təhlükəsizlik kameralarına düşən kadrlar əsasında oğrunun axtarışına başlayıb.