BolgeXeber.Com » İqtisadiyyat » Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

16-02-2017, 10:57
Oxunub: 5 179 Dollar sabit qaldı, avro isə bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 16-a olan məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 15-i ilə müqayisədə dəyişməyərək 1,7296 manat təşkil edib.

Avro da manata nisbətən artıb. Avrozonanın vahid valyutası 1,8358 manatdan 1,8359 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0303 manatdan 0,0302 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4735 manatdan 0,4726 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1553 manatdan 2,1559 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6545 manatdan 0,6570 manatadək bahalaşıb.
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı