BolgeXeber.Com » Siyasət » Stoltenberq: “NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”

Stoltenberq: “NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”

16-02-2017, 11:05
Oxunub: 3 158 Stoltenberq: “NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz kiberhücumların sayının artmasını müşahidə edir, onların bəzilərinin arxasında Rusiyanın durduğunu görürük. 2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb”, deyə Y. Stoltenberq bildirib.

Onun sözlərinə görə, kibermüdafiə tədbirləri və NATO ölkələrində müvafiq təlim texnologiyalarının yaradılmasının vacibliyini vurğulayıb: “Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər”.