“Araz” supermarketi reklam etdiyi malı satmaqdan imtina etdi
16-02-2017, 16:20
Oxunub: 2 504
“Araz” marketlər şəbəkəsinin mətbuat xidmətindən redaksiyamıza bildirildiyinə görə, şəbəkənin adı çəkilən siqaret markasının tədarükçüsü ilə müqaviləsinə əsasən, mağazalarda bir hissə siqaret qutusu reklam məqsədilə yerləşdirilir və satış üçün nəzərdə tutulmayıb
Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, müştərilərin məmnuniyyəti hər zaman daha önəmlidir.
Sözügedən prinsipi nəzərə alaraq, redaksiyamızın əməkdaşı “Araz” marketlər şəbəkəsinin məsul əməkdaşından satışda olmayan malın reklam edilməməsini və bununla satıcıları qıcıqlandırmamağı xahiş etdi.
* * *12:12
Bu gün virtualaz.org analitik-informasiya portalının əməkdaşı “Araz” marketlər şəbəkəsinin “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən filialında (M.Şərifli küçəsi, 25) qəribə halla rastlaşıb.
Bakıda mağazalarda siqaret qıtlığı barədə dəfələrlə yazmışıq və bunun mümkün səbəblərini də göstərmişik. Lakin siqaretlər ola-ola onların satışından imtina edilməsi təəccüb doğurmaya bilmir.
Əməkdaşımız sözügedən mağazanın satıcı-kassirindən vitrində reklam olunan “Rothmans” siqaretindən 1 qutu istəyib. Lakin satıcı bu siqaretlərin qurtardığını bildirib. Jurnalist o zaman vitrindəki qutulardan birinin verilməsini xahiş etdikdə, kassir-satıcı buna yalnız müdiriyyətin icazəsinin olduğunu deyib.
Müdiriyyətin kassaya yaxınlaşan nümayəndəsi isə əməkdaşımıza bu qutuların reklam məqsədi ilə vitrinə yerləşdirildiyini və satılmadığını deyəndə, cavab jurnalistin təəccübünə səbəb olub: “Satmırsınızsa, niyə və nəyi reklam edirsiniz?” Suala supermarketin nümayəndəsi daha absurd ifadə ilə cavab verib: “Bunları satmaq qadağandır. Reklam üçündür. Vitrini açsaq, 50 manat cəriməsi var”.
Maraqlıdır, əgər bir mal reklam olunursa və fiziki olaraq mağazada mövcuddursa, niyə satılmır? Və əgər satılmırsa, reklamın məqsədi nədir?
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə