BolgeXeber.Com » Xəbərlər » Ayın tarixini de, günü desin - 21 yaşlı "canlı təqvim"-VİDEO

Ayın tarixini de, günü desin - 21 yaşlı "canlı təqvim"-VİDEO

17-02-2017, 09:14
Oxunub: 2 123 Ayın tarixini de, günü desin - 21 yaşlı "canlı təqvim"-VİDEOOnun riyazi hesablamalarda çevikliyi hər kəsi heyrətləndirir

Tarixi deyirsiz, həftənin neçənci gününə düşdüyünü deyir. Özü də ilindən asılı olmayaraq. Şamaxı sakini 21 yaşlı gəncin qeyri-adi istedadı hamını heyrətləndirir. Bəs o, bunu necə hesablayır?

İlindən asılı olmayarq hansı ayın hansı günü həftənin neçənci gününə düşür tezliklə hesablayır. Onun təqvim hesablamaları hər kəsi təəccübləndirir.

Söhbət 21 yaşlı Şamaxı sakini Elvin Qəniyevdən gedir. Elvin bu bacarığını ilk dəfə 13 yaşı olarkən açıqlayıb. Hesabladığı təqvimin günlərini sinif yoldaşlarına nümayiş etdirəndə, ona inanmayanlar da olub.

Ailə üzvlərindən isə Elvin ilk dəfə anasına bu qeyri-adi bacarığı haqqında məlumat verib.

2100-cü ilə qədər yuvarlaqlaşdırlmış təqvim hazırlayan Elvin istənilən ilin, ayın günlərini həftənin hansı gününə düşdüyünü bir neçə saniyə içərisində deyir.

Bütün bu məlumatları Elvin öz beynində bir araya topladığını deyir. Bunun heç də asan olmadığını bildirir.

Hazırda Elvin peşə məktəbində kompyüter operatorluğunu öyrənir. Ən böyük arzusu isə aktyor olmaqdır.