BolgeXeber.Com » Ölkə » Qarlı hava şəraiti sabahadək davam edəcək - PROQNOZ

Qarlı hava şəraiti sabahadək davam edəcək - PROQNOZ

17-02-2017, 12:02
Oxunub: 3 436 Qarlı hava şəraiti sabahadək davam edəcək - PROQNOZ“Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək”

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: “Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək”.
G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: “Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir”.
O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib. (report)