BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Fidanlar” uşaq baxçasının körpələri ilə görüşüb

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Fidanlar” uşaq baxçasının körpələri ilə görüşüb

17-02-2017, 13:42
Oxunub: 5 152 Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Fidanlar” uşaq baxçasının körpələri ilə görüşüb“Kiçik yaşlı uşaqlarda vətənpərvərlik tərbiyyəsi”

17 fevral 2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Fidanlar” uşaq baxçasında oldular.Əvvəlcə Heydər Əliyevin şəkil, sənəd və kitablarından və Mərkəzin rəsm və toxuculuq kurslarının üzvlərinin əl işlərindən ibarət sərgi hazırladılar.Sonra Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva və Mərkəzin baş fond mühafizi Bahar Abasova uşaqları salamladılar və onlara Heydər Əliyev Mərkəzinin fəaliyyətindən söhbət açdılar.

Uşaqlarla “Heydər baba kimdir?”, “Vətənimiz haradır?”, “Prezidentimiz kimdir?”, “Bayrağımızın simvolları” və s. bu kimi mövzularda sual-cavab keçirildi.Uşaqlar Azərbaycanın himnin oxudular, vətənpərvərlik mövzusunda çoxlu şeirlər səsləndirdilər, rəqs etdilər.Sonda Mərkəzin direktoru “Fidanlar” baxçasının əməkdaşlarına hazırcavab, fəal və vətənpərvər uşaqlar uşaqlar tərbiyyə etdiklərinə görə təşəkkürünü bildirdi.
Bolgexeber.com