BolgeXeber.Com » Xəbərlər » Millət vəkili insanları qan verməyə çağırdı

Millət vəkili insanları qan verməyə çağırdı

17-02-2017, 14:48
Oxunub: 2 297 Millət vəkili insanları qan verməyə çağırdı"Qan ver, xilas et!" adlı xeyriyyə tədbiri keçiriləcək

Azərbaycan Kikboksinq Federasiyası və "LAYF" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən qanvermə aksiyası keçiriləcək.

Bolgexeber.com xəbər verir ki,Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyevaya mütəmadi olaraq bu cür qanvermə aksiyalarının keçirilməsini yüksək qiymətləndirərək bildirib ki, aksiyada iştirak edənlər müayinə olunduqdan sonra onlardan toplanan yararlı qanın hamısı qan xəstəliklərindən əziyyət çəkən insanlara verilir.

Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev 18 fevral 2017-ci il tarixində saat 10:00-dan 16:30-a kimi federasiyasının Atatürk pr.33 C ünvanında yerləşən mərkəzində baş tutacaq qanvermə aksiyasına insanları iştirak etməyə çağırıb. Adil Əliyev söyləyib ki, bir qan, bir həyat deməkdir və bizlər bu cür xeyriyyə aksiyalarında iştirak etməli, digərlərinə örnək olmalıyıq: "Hər kəsi qeyd olunan tarixdə xeyriyyə aksiyasında iştirak etməyə, irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etməyi çağırıram".