BolgeXeber.Com » Ölkə » Novruz bayramı ilə bağlı tədbir keçirildi

Novruz bayramı ilə bağlı tədbir keçirildi

19-02-2017, 10:58
Oxunub: 3 122 Novruz bayramı ilə bağlı tədbir keçirildiTədbirdə vurğulandı ki, Femida H.T Hüquq Mərkəzinin məqsədi dövlətimizin siyasətini dəstəkləməkdir

Bildiyimiz kimi Novruz bayramı çərşənbə günü dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Novruz bayramını tanıdılmasında böyük rolu olub. Dünən Novruz bayramı ilə bağlı tədbir keçirilib. Novruz bayramını keçirtmək üçün təşkil olunan tədbirdə tədbiri təşkil edən Sülhməramlı Səfir, CIPDH-nin eksperti,Beynəlxalq Diaspor Mərkəzinin Rəhbəri, Azər-İsra Tibb Mərkəzinin Prezidenti,tanınmış vəkil, ekspert Aleksandr Şapironun nümayəndəsi ,Femida H.T Hüquq Mərkəzinin idarə heyətinin sədri ,hüquq eksperti psixoloq İsmayıl Zalov iştirak edib.

Tədbirə qoşulanların içərisində olan Femida H.T Hüquq Mərkəzinin sədr müavini və hüquq şöbəsinin müdiri Tumasov Vüqar Əjdər oğlu öz təkliflərini bildirib . Belə ki, o təklif edib ki, Novruz bayramını Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə bir yerdə keçirsinlər.
Tədbirdə iştirak edən Hakim Hüseynov da öz təkliflərini bildirərək qeyd etdi ki,qarşıdan gələn Novruz bayramını Moskva şəhərində, Tbilisi şəhərində həm azərbaycanlılarla, həm də Tbilisi sakinləri ilə qeyd bir yerdə qeyd etsinlər .Tədbirdə həmçinin Ağacanlı Elmar Hüseyn oğlu da iştirak edib. Tədbirdə vurğulandı ki, Femida H.T Hüquq Mərkəzinin məqsədi dövlətimizin siyasətini dəstəkləməkdir. Təbdir iştirakçıları bildirdilər ki, onlar hər zaman prezidentimizin apardığı xarici və daxili siyasəti dəstəkləyirlər və onun arxasındadırlar.
Bolgexeber.com
Novruz bayramı ilə bağlı tədbir keçirildi
Novruz bayramı ilə bağlı tədbir keçirildi