BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda yerli şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunub

Hacıqabulda yerli şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunub

20-02-2017, 11:21
Oxunub: 4 753 Hacıqabulda yerli şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunubElimizin şair oğlu

18 fevral 2017-ci il tarixdə Hacıqabul şəhər Folklor klubunda rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə yerli şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi münasibətilə tanıtım və anım tədbiri keçirilmişdir

Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət və təhsil müəssisələrinin işçiləri, şəhər orta məktəblərinin şagirdləri, eləcə də qonaqlar – aşıq Əhliman və onun tələbələri: aşıq Məharət Habiloğlu, aşıq Elvin Mustafayev və balabançı Süleyman Əliyev, eləcə də ədəbiyyatşünas – alim, filoloji elmlər doktoru Seyfəddin Qəniyev və başqaları iştirak etmişlər.
Tədbirin aparıcısı, rayon Tarix – Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev peşəkar jurnalist və müəllim olmuş, partiya – dövlət orqanlarında çalışmış Xeybər İgidəliyevin həyat və fəaliyyəti, bədii və publisistik yaradıcılığı barədə yığcam məlumat verdikdən sonra, filoloq – alim S.Qəniyev şairin bədii əsərlərini geniş təhlil etmişdir.
Aparıcı Xeybər İgidəliyevin hələ 18 yaşında ikən – 1955 – ci ildə Hacıqabulda xalq şairi Səməd Vurğunla görüşdə çıxış etməsini, 1970 – 1985 – ci illərdə Talış Su Kəməri tikintisini mərkəzi mətbuatda işıqlandırmasını, eləcə də qoşma və gəraylılarına, digər şeirlərinə mahnılar bəstələnməsini xüsusi olaraq qeyd etməklə, onun bədii və publisistik istedadını əsaslandırmışdır.
Növbə ilə səhnəyə qalxan aşıqlar saz və balabanın, eləcə də Hacıqabul şəhər Folklor klubunun “Nicat” instrumental ansamblının müşayiəti ilə Xeybər İgidəliyevin qoşma və gəraylılarını ifa etmişlər.
Yerli müğənni – xanəndə Nazim Vəliyev şairin “Yara yalvara – yalvara” qoşmasını ansamblın müşayiəti ilə ifa etmişdir.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Xeybər İgidəliyev barəsində xatirələrini danışmış, orta məktəb şagirdləri şairin şeirlərini ifa etmişlər.
Tədbirin gedişində Xeybər İgidəliyevlə bağlı video lent, eləcə də onun fotoşəkillərindən ibarət toplu nümayiş etdirilmişdir.
Şairin yerli peşəkar rəssam Sədulla Baxşıyev tərəfindən çəkilmiş qrafik portreti səhnədə yerləşdirilmişdir.
Tədbirin sonunda xatirə şəkilləri çəkilmiş, şairin məzarı ziyarət olunmuşdir.

Bolgexeber.com
Hacıqabulda yerli şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunub
Hacıqabulda yerli şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunub
Hacıqabulda yerli şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunub