BolgeXeber.Com » Dünya » Coli ilk dəfə boşanmasından danışarkən ağladı – VİDEO

Coli ilk dəfə boşanmasından danışarkən ağladı – VİDEO

20-02-2017, 15:31
Oxunub: 2 685 Coli ilk dəfə boşanmasından danışarkən ağladı – VİDEOMəşhur aktrisa Ancelina Coli ilk dəfə olaraq əri Bred Pittlə ayrılmasından danışıb

Bolgexeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Coli bu barədə yeni filmi olan “First They Killed My Father”nin promo-turu zamanı BBC kanalına verdiyi səmimi müsahibəsində danışıb.

“Mən boşanma haqda çox danışmaq istəməzdim. Asan dövr olmayıb, lakin biz həmişə ailə olacağıq. Ümid edirəm ki, bu dövrün öhdəsindən gələcəyik və daha güclü və bir arada olacağıq” deyən aktrisa göz yaşlarını saxlaya bilməyib:

“İndi bütün fikrimi uşaqlarıma yönəltmişəm. Öz uşaqlarımıza. Çox ailə oxşar situasiyada olub. Mən özüm də valideynlərimin boşanması ilə üzləşmişəm və indi yenidən bunu yaşamalı oldum”.