BolgeXeber.Com » Ölkə » Binə sakinlərinin ümidi puç olub

Binə sakinlərinin ümidi puç olub

21-02-2017, 09:41
Oxunub: 2 392 Binə sakinlərinin ümidi puç olubXəzər rayonu Binə qəsəbəsi, Binə Atçılıq Mərkəzinin yanı, “Binə ikinci sahə” adlı ünvanın sakinləri bərbad yollardan şikayət edirlər

Bu barədə “Bizim Yol”a sakinlərdən biri məlumat verib. Bir neçə il öncə burada asvalt yol olub. Örtük keyfiyyətsiz olduğu üçün tezliklə dağılıb. Yağış yağanda və qardan sonra bura yolda hərəkət etmək mümkünsüz olur. Bu qəsəbələrin sakinləri “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın problemə bir əncam çəkəcəyinə ümid edirdilər. Belə ki, Dövlət Proqramında Xəzər rayonunun avtomobil yollarının əsaslı təmiri, yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi nəzərdə tutulub.

Sakinin sözlərinə görə, yaşayış massivində yüzlərlə ailə yaşasa da, burada məktəb və xəstəxana da tikilməyib. Sakinlər qarşılaşdıqları problemlə bağlı müvafiq qurumlara müraciətləri nəticəsiz qalıb.
Bolgexeber.com