BolgeXeber.Com » İdman » Dani Alveş “Barselona” rəhbərliyi haqda: Yalançı və nankordular

Dani Alveş “Barselona” rəhbərliyi haqda: Yalançı və nankordular

21-02-2017, 10:50
Oxunub: 3 317 Dani Alveş “Barselona” rəhbərliyi haqda: Yalançı və nankordular“Yuventus”un futbolçusu Daniel Alveş maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb

Apasport.az saytı ABC nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi sabiq klubu “Barselona”nın rəhbərliyini tənqid edib.

“Barsa”dan “Yuventus”a keçidi barədə danışan Alveş bunun necə reallaşdığını açıqlayıb: “Oradakı son illərimdə hər dəfə eyni sözü eşidirdim: Alveş gedir. Amma klub rəsmiləri mənə heç nə deməmişdi. “Barselona” rəhbərliyi yalançı və nankor insanlardı. FİFA “Barsa”ya yeni oyunçuları qeydiyyatdan keçirməyi qadağan etdikdən sonra onlar mənimlə maraqlanmağa başladılar. Qalmağa razılaşdım və müqaviləyə qol çəkdim. Ancaq sözləşmədəki bəndlərdən biri istənilən vaxt müqaviləmə xitam verməyə şərait yaradırdı”.

Qeyd edək ki, Dani Alveş 2008-2016-cı illər ərzində formasını geyindiyi “Barselona”da 391 oyunda 21 qola imza atıb.