BolgeXeber.Com » Ölkə » "Bu hakimi hamımız tanımalıyıq, belə qərar qəbul etməsi qəhrəmanlıqdır"

"Bu hakimi hamımız tanımalıyıq, belə qərar qəbul etməsi qəhrəmanlıqdır"

21-02-2017, 14:36
Oxunub: 1 959 "Bu hakimi hamımız tanımalıyıq, belə qərar qəbul etməsi qəhrəmanlıqdır"Bir neçə həftə əvvəl Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayevin Qətnaməsinə əsasən, "Unibank"ın vətəndaşa vurduğu mənəvi zərərə görə 1000 manat ödəməli olduğu haqda məlumat vermişdik

"Yeniavaz.com" xəbər verir ki, bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov deyib ki, analoji Qətnaməni Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova da qəbul edib: "Özü də bu dəfə bank borcluya 2000 manat ödəməli olacaq. Belə ki, vətəndaş avtomobil kreditini vaxtında ödəyə bilmədiyi üçün bank bu barədə onun iş yerinə məlumat verib və bununla da bank sirrini pozub. Məhkəmə hesab edir ki, nəticədə borclu vətəndaş mənəvi sarıntı və iztirab keçirib. Məhz buna görə də bank vətəndaşa 2000 manat ödəməlidir.
Banklar tərəfindən haqqı, ləyaqəti, şərəfi tapdanan bütün vətəndaşları bir daha mübariz olmağa çağrıram".
"Kəmalə xanımı heç vaxt görməmişəm, amma bankdan bank sirrini pozaraq vətəndaşa vurduğu mənəvi zərərə görə 2000 manatın tutulması haqda Qətnaməsi ilə o, Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayevin analoji qərarını sözün əsl mənasında presedentə çevirdi və milli hüquq sistemimizin tarixinə düşdü. Onu hamımız tanımalıyıq",-deyə Əkrəm Həsənov bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan hakimi çox çətin maddi, mənəvi və psixoloji şəraitdə fəaliyyət göstərir: "Nəticədə əksər hallarda vəzifəsi olaraq ədalətin tərəfini tuta bilmir. Buna görə də hakimlərimizin təmənnasız qanuni, vicdanlı və ədalətli qərarlar qəbul etməsi qəhrəmanlıqdır. Qəhrəmanlarımızı isə tanımalıyıq".