BolgeXeber.Com » Xəbərlər » Bill Qeytsdən vacib açıqlama: "Bioterror bir ilə 30 milyonu öldürə bilər"

Bill Qeytsdən vacib açıqlama: "Bioterror bir ilə 30 milyonu öldürə bilər"

21-02-2017, 14:43
Oxunub: 2 198 Bill Qeytsdən vacib açıqlama: "Bioterror bir ilə 30 milyonu öldürə bilər""Microsoft" şirkətinin banisi Bill Qeyts bio terror mövzusunda önəmli açıqlamalar verib

Terrorçuların istehsal etdiyi bir mikrop il ərzində 30 milyon insanın ölümünə səbəb ola bilər.

Dünyanın ən varlı iş adamı bu barədə Almaniyanın Münhen şəhərində təşkil edilən təhlükəsizlik konfransında məlumat verib. O bir çox təhlükəsizlik mütəxəssisinin nəzərindən qaçan bu təhdidi gündəmə gətirib.

Bill Qeyts deyib: "Genetika mühəndisliyindən istifadə edilərək virus istehsal edilib. Növbəti hücum və epidemiya bu ola bilər. Bu virus suçiçəyi xəstələyinin sintetik versiyası və ya ölümcül bir epidemiya ola bilər. Belə bir terror hücumu bir ildən də az müddətdə 30 milyon insanın ölümünə səbəb ola bilər. Dünyamız qarşıdakı 10-15 il ərzində belə bir hücumla üz-üzə qala bilər. Bu ciddi bir ehtimaldır".