BolgeXeber.Com » Xəbərlər » Qazaxa yeni polis rəisi təyin edildi

Qazaxa yeni polis rəisi təyin edildi

21-02-2017, 16:02
Oxunub: 1 871 Qazaxa yeni polis rəisi təyin edildiDaxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən çıxarılıb

Nazirin digər bir əmri ilə Ə. Əliyev Qazax Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Bolgexeber.com salamnews-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidməti faktı təsdiq edib.

Qeyd edək ki, polis polkovnik-leytenantı Ədalət Əliyev Bakının bir çox rayonlarında müxtəlif vəzifələrdə çalışıb. Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən əvvəl isə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi olub.