BolgeXeber.Com » Xəbərlər » Banka borcunu ödəyib, məhkəmə həbs qərarını dəyişmir - ŞİKAYƏT

Banka borcunu ödəyib, məhkəmə həbs qərarını dəyişmir - ŞİKAYƏT

21-02-2017, 19:54
Oxunub: 2 831 Banka borcunu ödəyib, məhkəmə həbs qərarını dəyişmir - ŞİKAYƏTBakı sakini banka olan borcunu ödəsə də, onun avtomobilinin üzərindəki həbs qərarı götürülməyib

Lent.az xəbər verir ki, Nadir Ağaverdiyev adlı paytaxt sakini bildirib ki, banklardan birinə 6100 manat həcmində kredit borcu olub. Sonradan o, bütün borcu ödəyərək bankla məsələni həll edib: "Bankdan mənə borclu olmamağımla bağlı sənəd verdilər. Həmin sənədi Nizami rayon İcra Şöbəsinə verdim, onlar maşınla bağlı verdikləri həbs qərarını dəyişdilər. Lakin Nizami rayon Məhkəməsinə 1 aydan artıq müddətdir ki, həbs qərarının ləğv edilməsi ilə bağlı müraciət etsəm də, onlar məsələyə baxmırlar. Bu səbəbdən də artıq neçə vaxtdır ki, özümə məxsus olan "Chevrolet Aveo" markalı avtomobilimi idarə edə bilmirəm".



Şikayətçi əlavə edib ki, Nizami rayon Məhkəməsinin müraciətə baxmamasının heç bir qanuni əsası yoxdur və bununla onun hüquqları pozulur.