BolgeXeber.Com » Dünya » Tramp 13 milyon qaçqını deportasiya edir

Tramp 13 milyon qaçqını deportasiya edir

22-02-2017, 10:40
Oxunub: 3 852 Tramp 13 milyon qaçqını deportasiya edirDonald Trampın yeni açıqlaması ABŞ-da yaşayan 13 milyon miqranta şamil olunub

ABŞ prezidenti Donald Tramp ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantların kütləvi deportasiya ediləcəyi ilə bağlı açıqlama verib. Donald Trampın yeni açıqlaması ABŞ-da yaşayan 13 milyon miqranta şamil olunub.

Ağ Evin sözçüsü Sean Spicer gündəlik mətbuat konfransında bildirib ki, miqrantlarla bağlı yeni qanun ABŞ-ın dövlət və sərhəd təhlükəsizliyi naminə tətbiq olunur.

Sayları 12-13 milyon olan miqrantlar arasında əvvəlcə cinayət törətmiş şəxslərin müəyyən olunaraq deportasiya ediləcəyini söyləyən Spicer, "Dövlət üçün təhlükəli sayılan insanlar təbii olaraq ilk növbədə ölkədən çıxarılacaq",-deyə bildirib./faktxəbər