Dünyada cəmi 2,5 trilyon barrel neft ehtiyatı qalıb
23-02-2017, 11:00
Oxunub: 3 124
Dünyada 2,5 trilyon barrel texniki çıxarıla bilən neft ehtiyatı qalıb və bu, 2050-ci ilədək bütün dünyada tələbatın ikiqat ödənilməsi üçün kifayətdir
Bu barədə BP-nin baş iqtisadçısı Spenser Deylin bəyanatına istinadən "MarketWatch" məlumat yayıb.
"Mənim neftlə bağlı fikrim həmişə belə olub: bizim 2011-2014-cü illərdə şahidi olduğumuz 100–110 dollarlıq qiymət səviyyəsi tarazlıq baxımından təbii görünmür. Bu, özlüyündə həmin vaxt mövcud olan bir çox problemlərin törəməsidir. Xüsusilə, "ərəb baharı" səbəbindən tədarüklərdə yaranan əhəmiyyətli problemlər", — deyə Deyl çərşənbə günü Londonda "Petroleum Week" konfransının nümayəndələrinə BP-nin 2017-ci il üçün proqnozlarını (2017 Energy Outlook) təqdim edərkən bildirib.
"Texniki çıxarıla bilən neftin bəzi barrellərinin heç zaman hasil edilməyəcəyi mənə daha inandırıcı gəlir. Bunun nə əhəmiyyəti var? Bu ona görə vacibdir ki, o, neft bazarlarının xarakterini köklü şəkildə dəyişə bilər", — deyə o əlavə edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə