BolgeXeber.Com » Sosial » Bayram gəlməmiş bahalaşma başladı: qoz ləpəsi 28 , fındıq ləpəsi 20 AZN (VİDEO)

Bayram gəlməmiş bahalaşma başladı: qoz ləpəsi 28 , fındıq ləpəsi 20 AZN (VİDEO)

23-02-2017, 11:13
Oxunub: 5 987 Bayram gəlməmiş bahalaşma başladı: qoz ləpəsi 28 , fındıq ləpəsi 20 AZN (VİDEO)Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tutublar

Bolgexeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, insanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından alış-verişə başlayıblar.

Vitrinlər bir-birindən fərqli çərəzlərlə dolub. Hərəsinin isə öz qiyməti var. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gələn qabıqlı fındığın 1 kq-nın qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır. Qabıqlı qoz maksimum 13 manata satıldığı halda, ləpəsinin qiyməti 15-28 manat arasında dəyişir.

Kiloqramı 12 manata olan quru badam, 9 manata satılan alma qurusu, 14 manata turş gilas və çiyələk qurusuna da maraq böyükdür.

Kişmişin kiloqramı 6-10, qaysı 14-16, Albuxara 7, gavalı 12, alça 9 manata təklif olunur. Bayrama yaxın qiymətlərin artacağı da istisna edilmir.

Satıcılar Novruz bayramı üçün xarab olmayan ərzaqların indidən tədarükünü məsləhət görürlər.