BolgeXeber.Com » Dünya » Avstriyanın səhiyyə naziri xərçəngdən ölüb

Avstriyanın səhiyyə naziri xərçəngdən ölüb

24-02-2017, 10:37
Oxunub: 3 310 Avstriyanın səhiyyə naziri xərçəngdən ölübAvstriyanın səhiyyə naziri Sabina Oberhauzer xərçəng ilə uzunçəkən mübarizədən sonra dünən dünyasını dəyişib

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 53 yaşlı sosial-demokrat keçən həftə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Səhiyyə naziri xəstəliyi barədə 2015-ci ilin əvvəlində bildirib. O, səhiyyə naziri postunu 2014-cü ildən tutur.

Xəstəliyinin irəliləməsindən sonra onun postu müvəqqəti olaraq sosial məsələlər üzrə nazir Alois Ştogerə keçib.

Ölkə rəhbərliyi bu xəbərdən çox məyus olub. Belə ki, prezident Aleksandr Van der Bellen nazir Sabina Oberhauzerin xərçəng ilə mübarizədə məğlub olduğu üçün kədərləndiyini bildirib.