BolgeXeber.Com » Şou-Biznes » "Artıq, meyxana mənə maraqlı deyil" - Bayram Kürdəxanlı

"Artıq, meyxana mənə maraqlı deyil" - Bayram Kürdəxanlı

24-02-2017, 12:32
Oxunub: 18 289  "Artıq, meyxana mənə maraqlı deyil" - Bayram KürdəxanlıTanınmış meyxanaçı Bayram Kürdəxanlı bir neçə il bundan qabaq CM -nin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanan cinayət işi və sənəti barədə danışıb

O Unikal.org-a açıqlamasında deyib ki, yanvar ayının 30-da həbsdən çıxmasının iki ili tamam olub: "Sözügedən hadisədən sonra məhkəmə prosesi 6 aya qədər davam etdi. Ondan sonra hər şey qaydasındadır və heç bir problem yoxdur. Sizinlə danışıramsa, deməli azadlıqdayam”.

Bayram Kürdəxanlı onun səsini, sorağını eşitmək istəyən fanatlarının onun üçün maraqlı olmadığını deyib: "Mənim üçün meyxananın, fanatlarımın heç bir marağı yoxdur. Meyxana var?”.

Meyxanaçı toylara getməsindən də danışıb: "Bəli. Toylara çağırılanda gedirəm. Amma hər toyada da getmirəm. Bir sözlə, mən hər qapıdan çağıranın toyuna getmirəm".