BolgeXeber.Com » Xəbərlər » İmişli rayonunda Kompleks Mülki - Müdafiə təlimi keçirildi

İmişli rayonunda Kompleks Mülki - Müdafiə təlimi keçirildi

24-02-2017, 17:05
Oxunub: 12 438 İmişli rayonunda Kompleks Mülki - Müdafiə təlimi keçirildiFHN Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsi tərəfindən İmişlidə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir

24.02.2017-ci il tarixində İmişli rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2017-cü il tarixli 14 saylı sərəncamına əsasən İmişli rayonunun bütün idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Kompleks Mülki - Müdafiə təlimi keçirildi. Kompleks təlimin keçirilməsində məqsəd "Mülki müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun, "Mülki müdafiənin təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülki müdafiə idarəetmə orqanlarının qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirmişlər.Təlimdə İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri Səfa Ağayev, Fövqəladə Hallar Nazirlininin Mülki - Müdafiə İdarəsinin rəisi, polkovnik-leytenant Vüsal Tahirov və 200 nəfər iştirak edirdi.
Təlim zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.
Bolgexeber.com
İmişli rayonunda Kompleks Mülki - Müdafiə təlimi keçirildi
İmişli rayonunda Kompleks Mülki - Müdafiə təlimi keçirildi
İmişli rayonunda Kompleks Mülki - Müdafiə təlimi keçirildi