BolgeXeber.Com » Siyasət » Donald Trampla medya arasındakı gərginlik praktik müstəviyə keçib

Donald Trampla medya arasındakı gərginlik praktik müstəviyə keçib

25-02-2017, 16:17
Oxunub: 2 643 Donald Trampla medya arasındakı gərginlik praktik müstəviyə keçibAmerikada Donald Tramp siyasəti ilə mediya arasındakı şifahi gərginlik praktik müstəviyə keçib

Ağ Evdə keçirilən gündəlik mətbuat konfransına bəzi mediya mənsubları buraxılmayıb. "CNN", "The New York Times", "Politico", "The Los Angeles Times" ve "BuzzFeed"-in müxbirləri cümə günü keçirilən mətbuat konfransı başlamamışdan əvvəl dəhlizə çıxarılıb. Kameraların belə girə bilmədiyi, bağlı qapılar arxasında keçirilən konfransda qanundankənar köçkünlərə qarşı planlar və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı məlumatlar verilib.
Konfransda iştirak etməsinə icazə verilən müxbirlərin bəziləri həmkarlarına qarşı edilən bu hörmətsizliyə etiraz əlaməti olaraq zalı tərk ediblər. Zalda qalan digər mediya mənsubları isə konfransın səs yazılarını dəhlizdəki müxbirlərlə paylaşıb.
Məsələyə ilk münasibət bildirən The New York Times-ın redaktoru Dean Baquet yazılı açıqlamasında: "Fərqli iqtidarları izlədiyimiz mətbuat tariximizdə indiyə qədər belə hadisə yaşamamışıq"- yazaraq başına gələn hadisəni şərh edib.

İbrahim Mahmudov

Bolgexeber.com