BolgeXeber.Com » Xəbərlər » Femida H.T Hüquq Mərkəzində Xocalı Soyqırımı qurbanları anıldı

Femida H.T Hüquq Mərkəzində Xocalı Soyqırımı qurbanları anıldı

25-02-2017, 18:59
Oxunub: 3 010 Femida H.T Hüquq Mərkəzində Xocalı Soyqırımı qurbanları anıldıSülhməramlı Səfir, Aleksandr Şapiro onu da qeyd etdi ki, bu cür bağlı tədbirləri Moskvada və bir çox Avropa ölkələrində keçirib erməni vəhşilərinin törətdiyi Xocalı Soyqırımını bütün dünyaya tanıtdıracayıq

Bolgexeber.com bildirir ki,bu gün Femida H.T Hüquq Mərkəzinin idarə heyətinin sədri hüquq eksperti, psixoloq İsmayıl Zalovun,mərkəzin sədr müavini və hüquq şöbəsinin müdiri Vüqar Tumasovun və hüquqşunas Hakim Hüseynovun təşkilatçılığı ilə Femida H.T Hüquq Mərkəzində Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən bir çox tanınmışlar, deputatlar , ziyalılar, ağsaqqalar tədbirdə Xocalı sorqımı ilə bağlı söhbət ediblər. Tədbir iştirakçıları vurğulayıblar ki, Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, bütün bəşəriyyətin faciəsidir. Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı qətliamın törədilməsi, şəhərin darmadağın edilməsi, yüzlərlə insanın - qocanın, cavanın, qadının, uşağın öldürülməsi insanlıq adına həqarətdir. Bu faciənin ehtiramla anılması və onun acı nəticələrinin dünyaya çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Tədbirdə həmçinin gənc nəslin nümayəndələri də iştirak ediblər. Onlar Xocalıya aid şeirlər səsləndiriblər. İsmayıl Zalov tədbirdə onu da qeyd etdi ki, “İnşallah belə tədbirlərİ Xocalıda, Şuşada ,Laçında qeyd edək” Femida H.T Hüquq Mərkəzinin xarici əlaqələr şöbəsinin rəhbəri və avropa xarici əlaqələr şöbəsinin rəhbəri Sülhməramlı Səfir, Aleksandr Şapiro tədbirdə iştirak edə bilməsə də telefonla əlaqə saxlayıb, tədbiri keçirtdikləri üçün öz təşəkkürünü bildirdi . Sülhməramlı Səfir, Aleksandr Şapiro onu da qeyd etdi ki, bu cür bağlı tədbirləri Moskvada və bir çox Avropa ölkələrində keçirib erməni vəhşilərinin törətdiyi Xocalı Soyqırımını bütün dünyaya tanıtdıracayıq.
Bolgexeber.com
Femida H.T Hüquq Mərkəzində Xocalı Soyqırımı qurbanları anıldı