“Qarabağda hər an müharibə başlaya bilər”
27-02-2017, 11:14
Oxunub: 2 603
Rusiyanın Hərbi-Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin kəskinləşməsini şərh edib
Modern.az saytının məlumatına görə, Xramçixin haqqın.az-a açıqlamasında deyib ki, hazırki vəziyyət müharibəyə aparır.
“Tərəflər bir-birinə tamamilə əks mövqedədir. Müharibə istənilən vaxt – sabah da, 10 il sonra da – başlana bilər”-deyə o bildirib.
Hərbi ekspertin fikrincə, Qarabağ problemini praktiki olaraq həll etmək mümkün deyil.
Fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.
Azərbaycan Müdafiə Nazirliyinin xəbərinə görə, döyüş toqquşması nəticəsində itkilərimiz var.
Lakin Azərbaycan ordusunun itkilərinin sayı hələ ki, açıqlanmayıb.
Buna baxmayaraq Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsini məhv edib.
Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.
Düşmən itkilərə məruz qalıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə