BolgeXeber.Com » Xəbərlər » Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub

Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub

27-02-2017, 16:55
Oxunub: 1 690 Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olubKoreya Xalq Demokratik Respublikasının (KXDR) liderinin qardaşı Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub

APA-nın “tvrain.ru”-a istinadən verdiyi məlumata görə, qətli KXDR-nın Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları təşkil ediblər. Cənubi Koreya xüsusi xidmət orqanları məlumat yayıbki, Şimali Koreya vətəndaşı olan 8 nəfər Kim Çen Namın qətlinin təşkilində şübhəli bilinir. Onlardan dördü ölkənin Təhlükəsizlik Nazirliyi, digərləri Xarici İşlər Nazirliyində işləyir.

Qeyd edək ki, Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında öldürülüb. İstintaqın məlumatına görə, üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam güclü iflic səbəbindən ölüb. Məsələ ilə bağlı dörd nəfər saxlanılıb, dördü isə axtarışa verilib.
Sosial səhifələrdə paylaş