BolgeXeber.Com » Xəbərlər » “Leşyeyən qarğaya oxşayırlar” - General əsəbiləşdi

“Leşyeyən qarğaya oxşayırlar” - General əsəbiləşdi

27-02-2017, 17:06
Oxunub: 2 414 “Leşyeyən qarğaya oxşayırlar” - General əsəbiləşdiLəğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Yeni Yasamal” MTK-nın həmtəsisçisi Cahangir Alışovun epizodu üzrə şahidlər ifadə verərək adıçəkilən şirkətdən ev aldıqlarını deyiblər.

Müdafiə tərəfinin MTK-nın qeydiyyat kitabçasını məhkəməyə təqdim edilməsi barədə vəsətəti təmin edilib.

Zərərçəkən Nadir Feyziyev istintaqa verdiyi ifadəsini təkzib edib, o, MTN-də Alı Nəbiyev yox, başqa əməkdaşlar tərəfindən ona təzyiq olunduğunu deyib.

General Çovdarov buna əsəbiləşib və zərərçəkənləri təhqir etməyə başlayıb: “Onlar leşyeyən qarğaya oxşayırlar. Elə bilirlər ki, mənim bu vəziyyətimdən istifadə edə biləcəklər”.

Prosesdə fasilə elan olunub.