BolgeXeber.Com » Gündəm » Ucar sakinlərində narazılıq yaradan məmur kimdir? - ŞİKAYƏT

Ucar sakinlərində narazılıq yaradan məmur kimdir? - ŞİKAYƏT

1-03-2017, 12:21
Oxunub: 4 010 Ucar sakinlərində narazılıq yaradan məmur kimdir? - ŞİKAYƏTUcar sakinlərini hansı məmur narazı salıb?


Bu gün "Bölgəxəbər"in elektron ünvanına Ucar rayonu sakinləri tərəfindən şikayət məktubu göndərilib. Şikayətdə bildirilir ki, Ucar rayonunun icra başçısının müavini, Sosial - İqtisadi İnkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Vaqif Mehdiyev kobud hərəkətləri ilə sakinlərdə narazılıq yaradır: "Qəbul görüşlərində vətəndaşları çəkinmədən təhqir edir, kobud sözlər işlədir. Ona aid olan məsələlərin həlli üçün yanına gedən vətəndaşları acılayır, onların problemləri ilə qətiyyən maraqlanmır.
Hətta Vaqif Mehdiyev özünü o dərəcədə özbaşına aparır ki, evində istifadə etdiyi elektirik enerjisinin pulunu vermədiyindən borcu şişib külli miqdarda olmuşdur. Elektrik şəbəkəsinin əməkdaşları ondan pul borcunu ala bilmirlər."

Şikayətçilərin sözlərinə görə, Vaqif Mehdiyevin etdikləri bununla yekunlaşmır. Vaqif Mehdiyevin Ucar rayonu Qazyan kəndində böyük ferması var.
O, fermada çalışan işçilərlə əmək müqaviləsi bağlamadan onların əməyini istismar edir. Həmçinin yüzlərlə hektar torpağın vergisindən yayınır.

"Vaqif Mehdiyev heç öz qohumları ilə də yola getmir, onları dindirmir." - yazaraq Ucar sakinləri şikayət məktubunu sonlandırıblar.

Məsələni araşdırmaq üçün Ucar RİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva ilə əlaqə saxlamaq istədik, ancaq cəhdlərimiz boşa çıxdı.

Araşdırmamız davam edir. Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


İbrahim Mahmudov

Bolgexeber.com