BolgeXeber.Com » Sosial » “Muştuluq naminə ultrasəs müayinəsinə son qoyulmalıdır” - deputat

“Muştuluq naminə ultrasəs müayinəsinə son qoyulmalıdır” - deputat

28-02-2017, 12:31
Oxunub: 3 319 “Muştuluq naminə ultrasəs müayinəsinə son qoyulmalıdır” - deputatÖtən ilin statistikasına əsasən, Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı nəzərə çarpacaq qədər artıb

Bunu 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüşdə millət vəkili Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, statistikaya əsasən oğlanların sayı qızlara nisbətən 4-5% artıb. Bu məsələni ciddi problem hesab edən millət vəkili qeyd edib ki, qızların gələcək taleyi hər kəsi düşündürməlidir: “2-3 ildən sonra bu ciddi tendensiyaya səbəb olacaq. 5 il bundan əvvəl bu rəqəmlər 1% idi. Biz bu sahədə geridə qalmış ölkələrin sırasına enə bilmərik”.

Onun sözlərinə görə, hamiləlik dövründə müalicə məqsədi daşımayan ultrasəs müayinələrinin keçirilməsi hansısa formada tənzimlənməlidir: “Ultrasəs müayinəsinin lazım oldu-olmadı, xüsusilə cinsə görə muştuluq naminə keçirilməsi bu gün də var. Bu məsələlərə son qoyulmalıdır”.

M. İbrahimqızı əlavə edib ki, qızların kütləvi olaraq xarici vətəndaşlarla ailə qurması da ciddi problemdir.