BolgeXeber.Com » Mədəniyyət » Şairə Xuraman Vəfa M.Müşfiqin heykəlinin sökülməsi haqda: "Bu, mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir"

Şairə Xuraman Vəfa M.Müşfiqin heykəlinin sökülməsi haqda: "Bu, mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir"

28-02-2017, 14:05
Oxunub: 4 226 Şairə Xuraman Vəfa M.Müşfiqin heykəlinin sökülməsi haqda: "Bu, mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir""Xalqın şairinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir"

Bolgexeber.com xəbər verir ki, şairə publisist Xuraman Vəfa “Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini pisləyib. "M.Müşfiq Azərbayccanda həmişə sevilən şairdir. Bu hadisə bizim mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir. Mən Mikayıl Müşfiq mükafatı almışam, ona həsr etdiyim şeirlərim var. Xalqın şairinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir".