BolgeXeber.Com » Sosial » Danışıq kartları niyə baha satılır?

Danışıq kartları niyə baha satılır?

1-03-2017, 10:10
Oxunub: 3 393 Danışıq kartları niyə baha satılır?Son zamanlar tez–tez rast gəlinən problemlərdən biri də mobil danışıq kartlarının üzərində yazılan qiymətlərdən baha satılmasıdır

Axar.az xəbər verir ki, bu cür danışıq kartlarının üzərində qiymətlər yazılsa da, bəzi köşk və mağazalarda konturlar qiymətindən 10-20 qəpik bahasına satılır. Təbii ki, bu da alıcıların narazılığına səbəb olur.

Təcili ehtiyac yarandıqda isə qiymət fərqinə varmadan almaq məcburiyyətində qalırlar.

Metronun “Memar Əcəmi”, “20 Yanvar”, “28 May” stansiyalarının yaxınlığında yerləşən səyyar satış mərkəzlərində bu hal daha çox müşahidə olunur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənmir:

“İstənilən mal istənilən qiymətə satıla bilər. Burada heç bir qanun pozuntusu yoxdur. Bu şərtlə ki, satıcı qazancdan əmələ gələn vergini ödəmiş olsun. Əhalinin narazılığı bazar iqtisadiyyatına uyğun olmayan düşüncə tərzidir. Əgər qiymət artımı müşahidə olunursa, bununla istehsalçı şirkət özü məşğul olmalıdır. Heç kəs buna görə məsuliyyət daşımır”.

Qeyd edək ki, balans artırmaq üçün ödəmə terminalları və onlayn ödəniş sistemindən istifadə daha məqsədəuyğundur.