Ölümün əlamətləri
1-03-2017, 11:51
Oxunub: 2 731
Dünyanın məşhur elm jurnalı “New Scientist” Şotlandiyadakı Caledonian Universitetində psixoloq Kaynsia McVeyinin ölümdən son anda dönənlərlə görüşərək apardığı araşdırmaları nəşr edib
Bolgexeber.com Milli.Az-a istinadən xəbər verir ki, araşdırmaya görə ölüm anlarında bu əlamətlər özünü büruzə verir:
Boğulma: Adam, ilk öncə, böyük çaxnaşma yaşayır. Nəfəsini saxlayır. Ardınca su ciyərlərinə dolduqca yanma hissi duymağa başlayır. Son olaraq hiss etdiyi şey isə sakitlik və dinclik olur. Oksigen ala bilmədiyi üçün beyni bağlanır və ölür.
Yanma: Yanıqlar, çox şiddətli ağrıya gətirib çıxarır. Sinir uclarının yanması isə bu ağrı hissini bir müddət sonra aradan qaldırır. Adam bir az hissiyyatını itirir. Yanaraq ölən şəxslərin əsl ölüm səbəbi əksər hallarda zəhərli qazların tənəffüs edilməsi və nəfəssizlik olur.
Başın qoparılması: Mütəxəssislərə görə başın bədəndən ayrılması sonrası bir neçə saniyə öz funksiyasını davam etdirir. Fransadakı hesabatlara görə 18-ci əsrdə baş kəsmək edamlarında qopan başda 30 saniyəyə qədər üz mimikaları əksini tapır.
Yüksəkdən düşmə: ABŞ-dakı Golden Gate körpüsündən tullanan 100 “qurbanın” ağciyərinin sıradan çıxması, ürəyin partlaması və qırıq qabırğaların daxili orqanlara zərər verməsi nəticəsində öldüyü ortaya çıxıb.
Elektrik cərəyanı vurarsa: Elektrik cərəyanı vurarsa, ürək dayanır. 10 saniyə sonra isə şüur fəaliyyətini dayandırır. Ancaq elektrik qoşulmuş masada edam edilən məhkumların ölüm səbəbi, beyinin həddindən artıq qızması, ya da boğulma olur.
Qan itkisi: 1,5 litr qan itirən adam özünü halsız, susamış hiss edir. İki litr qan itirildiyində baş gicəllənməsi və şüur itkisi baş verir.
İnfarkt: Ürəyin normal ritminin pozulması, ürək atışlarını dayandırır. Beyin fəaliyyətini dayandırır və ölüm reallaşır.
Asılma: Yağlı kəndirlə asılaraq boğulma zamanı şəxs 10 saniyə içində şüurunu itirir.
Zəhərli iynə: ABŞ-da edamlarda istifadə edilən bu üsul birbaşa ürəyi dayandırır. Araşdırmalar məhkumların böyük ağrı hiss etdiklərini göstərir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər