BolgeXeber.Com » İqtisadiyyat » Nazirliyin SMS-ini oxumayan vergi ödəyiciləri 100 manat cərimə ediləcək? - RƏSMİ AÇIQLAMA

Nazirliyin SMS-ini oxumayan vergi ödəyiciləri 100 manat cərimə ediləcək? - RƏSMİ AÇIQLAMA

1-03-2017, 12:36
Oxunub: 3 433 Nazirliyin SMS-ini oxumayan vergi ödəyiciləri 100 manat cərimə ediləcək? - RƏSMİ AÇIQLAMAVergilər Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində vergi ödəyicilərinə nazirliyin göndərdiyi SMS-lərin oxunmamasına görə 100 manat məbləğində cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Qurumun mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov BakiPost.az-a bildirib ki, mətbuatda yayılan xəbərlər doğru deyil:"Bu, yanlış informasiyadır, belə bir şey yoxdur. Dərc etməzdən əvvəl mətbuat nümayəndələrindən xəbəri dəqiqləşdirmələrini xahiş edirik”.