BolgeXeber.Com » Sosial » Bakı sakinləri qazsız qaldılar - Səbəb açıqlanmır

Bakı sakinləri qazsız qaldılar - Səbəb açıqlanmır

1-03-2017, 12:39
Oxunub: 2 994 Bakı sakinləri qazsız qaldılar - Səbəb açıqlanmırBakı sakinlərinin qazsız qalma səbəbi isə açıqlanmır

Martın 1-də saat 10:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin balansında olan "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacağı haqda məlumat vermişdik. Xəbərdətəmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacı Həsənli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacağı deyilirdi.
Milli.Az xəbər verir ki, lakin səhər saat 10 radələrindən Bakının Abşeron rayonunun Məhəmmədi kəndində də qaz verilişi dayandırılıb. Bu problemləBiləcəri sakinləri də hazırda üz-üzə qalıblar. Bakının Nərimanov rayonunda isə qazın təzyiqi xeyli aşağı enib.
Bakı sakinlərinin qazsız qalma səbəbi isə açıqlanmır.