BolgeXeber.Com » İdman » Azərbaycan-İran kikboksçuları bir araya gələcək

Azərbaycan-İran kikboksçuları bir araya gələcək

1-03-2017, 16:17
Oxunub: 4 616 Azərbaycan-İran kikboksçuları bir araya gələcək"İki ölkənin ən güclü idmançıları öz güclərini sınayacaqlar"

Bolgexeber.com xəbər verir ki, Adil Əliyev qeyd edib ki, 03 mart 2017-ci il tarixində saat 18:00-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII “Heydər Əliyev Kuboku” uğrunda turnirdə Azərbaycan və İran kikboksçuları öz güclərini sınayacaqlar.

"İki ölkənin ən güclü idmançıları öz güclərini sınayacaqlar. İki ölkə arasında əlaqələrin inkişafında idmanın xüsusi rolu var. Həmçinin, turnir Azərbaycan-İran dostluğunu daha da gücləndirəcək”.
Turnir Qafqaz Baku Sport Hotel, Boks Federasiyasının yeni arenasında, Xətai rayonu(Amay t\e yanı) baş tutacaq. İdman sevərləri, vətənpərvərləri, idmançılarımıza dəstək olmağa dəvət edirəm",- Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bildirib.