BolgeXeber.Com » Dünya » Axşama yaxın təhlükəsizliyiniz barədə düşünün - BÜRCLƏR

Axşama yaxın təhlükəsizliyiniz barədə düşünün - BÜRCLƏR

2-03-2017, 09:17
Oxunub: 3 038 Axşama yaxın təhlükəsizliyiniz barədə düşünün - BÜRCLƏRBuğa - fikir ayrılığı və mübahisə şəraiti yaranarsa, şərtləri və "oyun qaydalarını" pozmadan praktiki, dayanıqlı mövqe tutun

Qoç - işdə çalışanda əməyinizin məntiqi, zəhmətinizin məntiqi olmasına çalışın. Küveyt və ya Omandakı gəlmə pakistanlı, yaxud da banqladeşli deyilsiniz: sizinlə eyni işi görən adamdan niyə az pul almalısınız ki?!

Buğa - fikir ayrılığı və mübahisə şəraiti yaranarsa, şərtləri və "oyun qaydalarını" pozmadan praktiki, dayanıqlı mövqe tutun. İşin effektivliyi istədiyiniz səviyyədə olmaya bilər.

Əkizlər - əlinizə imkan düşən kimi irəliləməyə, atılışa çalışın. Emosiyalara uyaraq yanlışlığa yol verməyin, sadəlövh olmayın. İnsanlara inanmaq üçün onları tanımağınız gərəkdir.

Xərçəng - yaşam bu gün sizi seçim qarşısında qoyarsa, praktiki davranın, mənfəəti əldən verməyin. Bilik əldə edin, çünki bilik kimsənin sizdən ala bilməyəcəyi nəsnədir. Pulu, dostları, vəzifəni, - hər şeyi itirmək olar. Bilikdən savayı...

Şir - ürəyinizə qulaq asın, qəlbiniz sizə nələrsə deyəcək. Venera və Saturnun münasibətləri sizə cari işlərlə məşğul olmağı tövsiyə edir. Maddi, maliyyə, əmlak məsələləri ilə məşğul olmaq üçün əlverişli gündür.

Qız - maraqlı görüş və söhbətlər baş tuta bilər. Başqalarının hərəkətləri və motivlərini dəyərləndirməkdə tələskənliyə yol verərək cavab reaksiyalarının sərtliyinə təəccüblənməyin.

Tərəzi - yalnız anlaşdığınız, ümumi maraqlarınızın olduğu insanlarla görüşün, sıx ünsiyyətdə olun. Hisslərdə, əlaqlərdə, təmaslarda və işlərdə təmizlik yaratmaq üçün əlverişli gündür.

Əqrəb - yaxşısı budur ki, tək çalışın və nə isə alınmayanda tələsməyin. Sakitləşin. Səbr bu günün metaforasıdır.

Oxatan - emosiyalar bu gün parlaq hisslər çırpıntılarından gizli və mübhəm işarələrədək geniş diapazonda olacaq. Xüsusi maraqların olduğu yerdə qarşılıqlı anlaşmaya nail olmaq üçün çətin gündür.

Oğlaq - gələn informasiyanın təhlilinə daha çox vaxt ayırın. Ola bilər ki, diqqətinizi yeni iş cəlb etsin. Axşama yaxın təhlükəsizliyiniz barədə düşünün.

Dolça - nə istədiyinizi günün ikinci yarısında, nahardan sonra anlayacaqsınız. Axşam saatlarına yaxın gələcəklə bağlı davranış istiqamətini müəyyənləşdirin. Qüvvəniz artacaq, böyük iş görmək üçün enerji hiss edəcəksiniz.

Balıqlar - yaxın bildiyiniz insanlarla hissləriniz barədə danışmaq üçün əlverişli gündür. Lakin tərk təmayülü də hiss edə bilərsiniz. Məhdudiyyətlər, çərçivələr yarana bilər. Anlaşılmazlıq və daxili diskomfort hissi də yarana bilər.