BolgeXeber.Com » Sosial » Azərbaycanda pensiya yaşı artırılır: Yaş həddi 65-ə çatdırılacaq - VİDEO

Azərbaycanda pensiya yaşı artırılır: Yaş həddi 65-ə çatdırılacaq - VİDEO

2-03-2017, 11:30
Oxunub: 3 188 Azərbaycanda pensiya yaşı artırılır: Yaş həddi 65-ə çatdırılacaq - VİDEOAzərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq

Təklif edilən dəyişikliyə görə pensiyaya çıxmaq üçün tələb olan 12 il staj aradan götürüləcək. Fərdi hesabında 144 ay boyunca aylıq minimum 110 manat pensiya almaqa kifayət edəcək qədər məbləğ toplayan şəxs qeyd edilən yaşa çatdıqda pensiyaya çıxa biləcək.
Azərbaycanda qadınlar üçün 60 , kişilər üçün isə 63 kimi nəzərdə tutulan pensiya yaşı artırlır. Buna səbəb vətəndaşların pensiyada olduğu orta illik müddət əvvələr 12 il hesablandığı indi bu göstəricilər artmasıdır. ''Əmək pensiyaları haqqında'' qanuna dəyişilik layihəsinə əsasən pensiya yaşı pillə -pillə artırılacaq.
Qanun təklif edilən dəyişikliyə əsasən pensiyanın baza hissəsi anlayışı aradan qaldırılacaq və çalışanların ödədiyi pulun 85-90 %-i onların fərdi hesablarında toplanacaq . Qalan pul isə idarə xərclərinə yönəldiləcək. Dəyişikliyə pensiya üçün lazım olan 12 illik staj tələbi də ləğv edilir.
Bu zaman vətəndaşın hesabındakı məbləğ 144 aya bölünəcək və alınan pul 110 manatı keçdikdə ona pensiya təyin ediləcək. Hətta vətəndaş birdəfəlik də ödəniş edərək aylıq hesablama zamanı alına məbləğin 110 manat çatmasını təmin edə bilər.
Pay torpaqlarında çalışan kəndlilər və bu kimi şəxslərin aylıq ödənişi az olduğundan onlar üçün xüsusi qaydalar tətbiq ediəlcək.
Qeyd edək ki, 47 maddədən ibarət ''Əmək Pensiyası haqqında'' qanuna təklif edilən 22 dəyişik Milli Məclisə təqdim edilib və yaxın zamanda qəbul edilməsi gözlənilir.