BolgeXeber.Com » Dünya » Dünyanı şok qiymət artımı gözləyir

Dünyanı şok qiymət artımı gözləyir

6-01-2011, 15:45
Oxunub: 5 288
Dünya iqtisadiyyatını «ərzaq qiymətində şok artım» gözləyir.

Bolgexeber portalının məlumatına görə, bunu «The Financial Times» qəzeti BMT yanında Ərzaq və kənd təsərrüfatı təşkilatına istinadən yazıb. Məlumatda gözlənilən «şok artım»ın sonradan dünyada ərzaq böhranına səbəb olacağı bildirilir.

Təşkilatın baş iqtisadçısı Abdolrza Abbassianın sözlərinə görə, bundan sonra dünyada ərzağın qiymətinin artmayacağını düşünmək «ağılsızlıq olardı». O, bir çox inkişaf etməkdə olan ölkələrdə, həmçinin Çin və Hindistanda inflyasiyanın əsas iqtisadi və siyasi problemə çevrildiyini bildirib.

O, inkişaf etmiş ölkələrdə, məsələn, Böyük Britaniya və avroməkanda da qiymət artımının proqnozlaşdırıldığını söyləyib.