BolgeXeber.Com » Şou-Biznes » "Stalinin Başı" komediya filminin qala gecəsi baş tutub-VİDEO

"Stalinin Başı" komediya filminin qala gecəsi baş tutub-VİDEO

2-03-2017, 14:08
Oxunub: 11 361 "Stalinin Başı" komediya filminin qala gecəsi baş tutub-VİDEOMartın 1-də Bozbash Pictures komandasının çəkdiyi növbəti komediya filmi olan “Stalinin Başı” filminin qala gecəsi baş tutub

Btv.az xəbər verir ki,tədbirdə ictimaiyyət nümayəndələri, məşhur simalar və medya mənsubları iştirak edib. Rejissorluğunu Emil Abdullayevin üstləndiyi filmdə 6 əsas qəhrəman macəra dolu hadisələrlə qarşılaşır. Belə ki, həbsxanada olan qəhrəmanlarımız,oradan qaçmaq üçün qazdıqları tuneldən Stalinin gizlətdiyi xəzinənin açarı olan qəlyan və məktubu tapırlar. Xəzinəni açmaq üçün “Stalinin Başı”nı tapıb qəlyanı onun ağzına salmaq lazımdır. Bunu bilən qəhrəmanlarımız təkbaşına xəzinənin sahibi olmaq üçün mübarizəyə başlayırlar.
Filmin aktyor və yaradıcı heyəti filmin izləyicilərdə maraq doğuracağına ümid etdiklərini bildiriblər.
Qala gecəsində iştirak edən məşhurlar da “Stalinin Başı” filmi haqqında öz təəsüratlarını bölüşüblər.
Biz filmi izlədik və çox bəyəndik, “Stalinin Başı”nın nə dərəcədə gülməli olduğu haqda son qərarı verməyi isə siz izləyicilərin öhdəsinə buraxırıq.
Bolgexeber.com