BolgeXeber.Com » İdman » Azərbaycan-İran kikboksçuları bir araya gəlir - FOTOLAR

Azərbaycan-İran kikboksçuları bir araya gəlir - FOTOLAR

3-03-2017, 09:35
Oxunub: 3 994 Azərbaycan-İran kikboksçuları bir araya gəlir - FOTOLARSabah eks prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII “Heydər Əliyev Kuboku” uğrunda turnirdə Azərbaycan və İran kikboksçuları öz güclərini sınayacaqlar

Bolgexeber.com Musavat.com-a istinadən xəbər verir ki, iki ölkənin ən güclü idmançıları öz güclərini bu görüşdə sınayacaqlar. Bu gün isə yarışdan öncə mətbuat konfransı təşkil edilib. Konfransda hər iki ölkənin kikboksinq üzrə məşqçiləri, federasiyalarının rəsmiləri, "WAKO ASIA”nın prezidenti və yarışda güclərini sınayacaq idmançılar iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Güloğlan Cabbarov bildirib ki, ənənəvi keçirilən yarış dünyanın müxtəlif ölkələrində də təşkil edilib. Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda Azərbaycan və İran idmançıları üz-üzə gələcəklər.

"WAKO ASIA”nın prezidenti Nasser Nassiri isə çıxışı zamanı bunları deyib: "Peşəkar kikboksçular arasında VIII Heydər Əliyev Kuboku yarışı Azərbaycan ilə İran arasında idman sahəsində əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir".

Bakıda olmaqdan məmnunluğunu diqqətə çatdıran N.Nassiri sabahkı yarışın çox maraqlı keçəcəyini bildirib: “Bu turnir təcrübə baxımından da əhəmiyyətlidir. Hər iki ölkənin idmançıları və müvafiq federasiyaları bir-birinin təcrübəsindən bəhrələnə bilərlər. Sabahkı yarışın çox maraqlı keçəcəyinə əminəm. Bəzi idmançılarımız özlərini qorumaq üçün ayaq qoruyucusu ilə döyüşəcəklər. Bu da onların gələn ay Asiya çempionatında iştirakı ilə əlaqədardır”.

AKF-in digər vitse-prezidenti Səbuhi Rəcəb çıxışı zamanı deyib ki, belə yoxlama döyüşlərində əsas məqsəd iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdir. Mətbuat konfransından sonra isə çəki mərasimi olub. Çəki mərasimində Azərbaycan idmançısı Orxan Məlikovun çəkisinin bir qədər çox olduğu müəyyən edilib. Qaydalara əsasən, o, yarış gününədək çəkisini 1,6 kiloqram azaltmasa, texniki məğlubiyyət alacaq.

Yarış martın 3-də saat 18:00-da başlayacaq. Azərbaycan kikboksçularından lou-kikdə Elşən Qəniyev (63,5 kq) İraj Muradi, Ruslan Musayev (67 kq) Həmid Amni, Rəhim Əliyev (71 kq) Əli Bani Əsədi və Alışan Aslanlı (75 kq) Seyid Əmiri ilə qarşılaşacaq. K-1 yarışlarında isə Ramal Aslanov (71 kq) Həmid Asli, Ehtiram Rzayev (81 kq) Abufazil Qudarzi və Orxan Məlikov (86 kq) isə Omid Nüsrəti ilə döyüşəcək.