BolgeXeber.Com » İqtisadiyyat » Dollar və avro bahalaşdı, türk lirəsi isə ucuzlaşdı

Dollar və avro bahalaşdı, türk lirəsi isə ucuzlaşdı

3-03-2017, 10:13
Oxunub: 3 570 Dollar və avro bahalaşdı, türk lirəsi isə ucuzlaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 3-ə olan məzənnəsini açıqlayıb

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 2-i ilə müqayisədə 0,19% bahalaşaraq 1,7548 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8449 manatdan 1,8460 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0299 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4789 manatdan 0,4708 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1513 manatdan 2,1527 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi 0,7156 manatdan 0,7076 manatadək azalma nümayiş etdirib.